İranlı rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb
Həbsdə olan iranlı rejissor Cəfər Pənahi “məhkəmə və təhlükəsizlik qüvvələrinin qeyri-qanuni və qeyri-insani davranışı” səbəbindən müddətsiz aclıq aksiyasına başlayıb.
Tehranın Evin həbsxanasında 6 il cəza çəkən kinorejissor deyib ki, onun həbsi “məhkəmə hökmünün icrasından çox banditizm və girov götürməyə bənzəyir”.
O, etiraz olaraq təkcə yemək və içkilərdən deyil, dərmanlardan da imtina edəcəyini vurğulayıb. Pənahi həbsdən azad olunmasını tələb edir.
Xatırladaq ki, 2022-ci ilin yayında Pənahiyə 6 il həbs cəzası verilib. Hökm hələ 2010-cu ildə, kinorejissor rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunanda çıxarılıb. Lakin rejissor həbsxanaya getməyib, ev dustaqlığında cəza çəkib. Onun 2030-cu ilə qədər ölkədən çıxışı, ssenari yazması və film çəkməsi də qadağan edilib.
Qeyd edək ki,Pənahi İran kinosunun “yeni dalğası”nın nümayəndələrindən biridir. Onun “Üç üz” filmi Kann kinofestivalında ən yaxşı ssenariyə görə, “Qapalı pərdə” filmi isə Berlin kinofestivalında mükafata layiq görülüb. Bundan əlavə, 2000-ci ildə Pənahinin “Dairə” əsəri Venesiya kinofestivalında beş mükafat qazanıb.
Mənbə: lenta.ru