Jan 31

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var

Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Lənkəran-Boradigah magistralında, rayonun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Zövlə kənd sakini İdrak Şəfiyev idarə etdiyi 42-CE-908 dövlət qeydiyyat nişanlı VAZ-2199 markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi 99-MK-642 dövlət qeydiyyat nömrə nişanlı “VİTA” markalı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində VAZ-2199 sürücüsü və sərnişin qismində avtomobildə olan qardaşı Ziyafət Şəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin versiyaya görə, hadisəyə səbəb yağışlı hava şəraiti olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.055768013000488