Jan 30

Gəncədə bir ailənin üç üzvünün bıçaqlanmasının TƏFƏRRÜATI - YENİLƏNİB

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatlar məlum olub. 

“Report”un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib.

Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb. 

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

22:19

Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mozalan.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir

APA-nın məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.

Bənzər xəbərlər

Gündəm

0.12570405006409