İranda daha bir zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB
Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində yenə zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
20:15
İranda 4,8 maqnitudalı növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.