Ağakərimin harada dəfn olunacağı bilindi
Meyxanaçı Meyxanaçı Ağakərim (Kərim Novruzov) sabah Maştağa qəbiristanlığında dəfn ediləcək.
Mozalan.az bildirir ki, bu barədə Teleqraf-a sənətçinin dostu, meyxanaçı Ağamirzə Məmmədov məlumat verib.
Onun sözlərinə görə, meyxanaçı ilə vida mərasimi sabah evində keçiriləcək və saat 11:00-da Maştağa qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzov bu gün vəfat edib.



















































