Dec 19

Qışın sonunadək 76 ədəd qar generatoru quraşdırılacaq - Azərbaycanda

Qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcək.

Mozalan.az xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib.

O həmçinin qeyd edib ki, turizm mərkəzinin ərazisində xizək simulyatorları quraşdırılıb. Bu simulyatorlar xizək həvəskarlarına sadəcə qışda deyil yayda da xizək sürməyə imkan yaradacaq. 

Yeni simulyatorlar həm məşq, həm də xizək sürmək üçün istifadə ediləcək. 

Qeyd edək ki, "Şahdağ”da 2026-cı ildə 600 süni qar generatoru fəaliyyət göstərəcək.

Bənzər xəbərlər

Gündəm

0.033327102661133