Bu il vəzifəyə gələnlər, kreslosunu itirənlər - SİYAHI
Hər il olduğu kimi geridə qoyduğumuz 2025-ci il də bir sıra məmur təyinatları və və işdən azad edilmələrlə yadda qalıb.
Mozalan.az bu il vəzifədən azad edilən və vəzifəyə təyin edilən şəxslərin siyahısını təqdim edir:
İlk olaraq bu ili fevralın 3-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi və Dövlət Neft və Sənaye Universitetinə rektor göndərildi.
Daha sonra 6 fevralda dövlət baçısının sərəncamı ilə 19 il maliyyə naziri olmuş Samir Şərifov vəzifəsindən azad edilərək baş nazirə müayin təyin edildi.
Prezidentin digər sərəncamı ilə 7 il Əmək və əhalinin sosial müdafiəsi naziri olan Sahil Babayev maliyyə naziri təyin edildi. 7 il bu qurumda nazir müavini olan Anar Əliyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə rəhbər gətirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə isə bu ilin 12 fevralında Elnur Bağırov rəhbər təyin edildi.
Fevralda Prezident İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi növbəti şəxs isə Rüfət Nahid oğlu Mahmud olub. O, bu ilin 13 fevralında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Azər Məhəmməd oğlu Qasımov isə Dövlət başçısının sərəncamı ilə Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edildi. Bununla da o, 21 illik vəzifəsini itirdi.
Sözsüz ki, bu il vəzifəsini itirən və ən çox müzakirə olunan şəxslərdən biri İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov oldu.
İmişli rayonunda 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldı və mənimsəmə ittihamı ilə həbs edildi.
Saleh Səmədov ətrafındakı qalmaqal bununla da yekunlaşmadı. Onun oğulları Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən, Kamran Səmədov isə İmişli RİH başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edildi.
Bu il iyununda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilən Ramil Həsənin deputatlıq səlahiyyətlərinə isə bu ilin oktyabrında xitam verilib.
Prezidentin 24 oktyabrda imzaladığı sərəncamlarla Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib və ona “general-mayor” ali hərbi rütbəsi verilib.
İlin ən qalmaqallı hadisələri şübhəsiz ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında cərəyan edib. 2019-c ildə administrasiyadan, 2022-ci ildə isə AMEA prezidenti postundan uzaqlaşdırılan Ramiz Mehdiyev bu il də Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib.
Dövlətə xəyanətdə ittiham edilən Mehdiyevə ev dustaqlığı da verilib.
R. Mehdiyevlə yanaşı, onun oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən, Kamilə Əliyevanın Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, gəlini Nigar Mehdiyeva isə Tibb Universitetinin Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad ediliblər.
Bu ilin 30 oktyabrında isə dövlət başçısının müvafiq sərəncamları ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev və Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər. İslam Rzayevin yerinə bu vəzifəyə Natiq Ağayev gətirilib.
İslam Rzayev vəzifədə olduğu müddətdə müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb və həbs edilib.
12 noyabrda Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinə rəhbər göndərilib. Kürdəmirə isə Elşən Həsənli icra başçısı təyin edilib.
Həmin gün eyni zamanda Fuad Vahid oğlu Nəcəfli isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib, Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.
Həmçinin 12 noyabrda Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı gətirilib.
Vəzifəsindən azad edilməsələr də, dövlət başçısı tərəfindən töhmət alan 2 vəzifəli şəxs də bu il yaddaşlarda qaldı.
Belə ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə işlərində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.
Billurə Yunus



















































