Məcburi köçkünlər üçün daha 7 bina tikiləcək - 36 milyon ayrıldı
Şuşa şəhərində daha 7 yaşayış binası tikiləcək.
Mozalan.az bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat əldə edib.
Bildirilir ki, D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri görüləcək.
Bundan əlavə, ərazinin abadlaşdırlması da planlaşdırılır.
Layihənin həyata keçirilməsi üçün təxminən 36,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Mozalan.az



















































