Dec 08

Spiker: Məqsədimiz ziyalıların bu vəzifələrini müəyyən etməkdir

“Bu gün biz Azərbaycan dilindən danışacağıq. Konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etmək, ziyalıların bu istiqamətdə vəzifələrini müəyyən etməkdir”.

Mozalan.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı spiker Sahibə Qafarova deyib.

"Dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməli, milli mənəviyyatımızın özəyidir. Dilimizin qorunması ilə bağlı qəbul edilən qanunlar, qərarlar və proqramlar məhz parlamentin iştirakı ilə gerçəkləşdirilir. Azərbaycan dilinin inkişaf məsələsi həmişə dövlət düşüncəmizin mərkəzində dayanır. Xalqın mənəvi sərvətlərinin, dilinin qorunub saxlanması üçün hüquqi əsaslar genişləndirilib”, - deyə spiker bildiri

Spiker əlavə edib ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dövlətin deyil, eyni zamanda bütün cəmiyyətin işidir. “Təbii ki, dövlət dilinin qorunmasında Milli Məclisin də üzərinə məsuliyyət düşür. Azərbaycan dilinin qorunması parlamentinin diqqət mərkəzindədir. Azərbaycan dilinin qanunvericilik səviyyəsində qorunun saxlanması və inkişaf etdirilməsi istiqamətində davamlı iş aparır”, - o vurğulayıb.

MM sədri bildirib ki, dünyada baş verən proseslər, elm, texnologiyanın inkişafı, rəqəmsallaşma prosesi, dövləti dilinin qorunmasında qarşıya yeni çağırışları ortaya qoyur. “Bütün bunlar və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması dövlət dilinə yeni yanaşma tələb edir. Bu baxımdan  dövlət dili strategiyası yürüdülən siyasətin əsas prioritetlərindən biridir. Dövlət dilinin qorunması və inkişaf etdirilməsi prioritet kimi təhsildə, mediada, müasir dövrün  elmi-texnoloji, süni intellektin inkişafı, rəqəmsallaşma prosesində   terminologiyalarının dövlət dilinə uyğunlaşdırılması dayanır. Bütün bunlar təkcə dili qorumaq deyil, həm də dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.020092964172363