Dec 04

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı VERİLƏCƏK

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı ödəniləcək.

Mozalan.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, yanğından sonra sakinlərə müəyyən yardımların edilməsi ilə əlaqədar olaraq müvafiq qurumlara RİH tərəfindən müraciətlər ünvanlanıb:

"Nazirlər Kabineti tərəfindən zərərçəkən vətəndaşlara kirayə haqqı ödəniləcək. Habelə yanğın nəticəsində sıradan çıxan elektrik xətləri yenilənir, binanın boyanması istiqamətində görülən işlərə tərəfimizdən yardımlar edilir.

Yaxın günlərdə liftlərə baxış keçirilməsi və lazımi tədbirlərin görülməsi üçün Lift İdarəsinə müraciət ediləcək, liftlərin bərpası işləri həyata keçiriləcək.

Bina tam bərpa olunduqdan sonra qaz təminatının bərpası üçün aidiyyəti qurum monitorinq aparacaq. Bundan sonra sakinlər qazla təmin ediləcəklər".

Xatırladaq ki, noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 30 nəfər tüstüdən zəhərlənib, onlardan üçü həyatını itirib.

Bənzər xəbərlər

Gündəm

0.019542932510376