İki bələdiyyə sədrinə "stop" qoyuldu
Yardımlı rayonunda iki bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Mozalan.az xəbər verir ki, Yardımlı rayonunun Ərus bələdiyyəsinin sədri Azad Qarayevin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 10.673,64 manat, Şiləvəngə bələdiyyəsinin sədri Seyran Mustafayevin isə 5.922,23 manat vergi borcu yaranıb.
İdarə tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Azad Qarayevin və 1969-cu il təvəllüdlü Seyran Mustafayevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. (qaynarinfo)



















































