Nov 17

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib. 

Mozalan.az xəbər verir ki, açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. 

Açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov ilk öncə bütün STEAM ailəsini festivalın 5 illik yubileyi münasibətilə təbrik edib. İqrar Nəzərov qeyd edib ki, bu il festivalın beş illik yubileyidir:

"Bu münasibətlə bütün təhsil ictimaiyyətini, şagirdlərimizi səmimi qəlbdən təbrik edirəm. Bugün bu mənzərəyə baxarkən tam inamla bildirmək istəyərdim ki, birlikdə inkişaf etdirdiyimiz bu ekosistem, gələcəyin innovatorları, mühəndisləri və liderləri üçün möhkəm təməl yaradır. Beynəlxalq Steam Azərbaycan Festivalının mahiyyəti təhsil alanlarda həm həyat, həm də gələcək karyera üçün vacib olan bacarıqları inkişaf etdirməkdir. Yalnız elm və texnologiya deyil, eyni zamanda liderlik, əməkdaşlıq, yaradıcı düşüncə, kommunikasiya, komputer və maliyyə savadlılığı, sahibkarlıq kimi geniş kompetensiyalardır. STEAM şagirdlərə yalnız nəzəriyyə deyil, həm də həyat kompetensiyaları qazandırır. Məqsədimiz gələcəyin peşələrinə hazır, özünə güvənən innovativ və sosial məsuliyyəti şəxsiyyətin yetişdirilməsidir. Festival ölkədə texnologiya və rəqəmsal bacarıqların inkişafını sürətləndirib. Minlərlə yeniyetmə və gənci hər il ilhamlandırır və beynəlxalq əməkdaşlıq üçün böyük platforma yaradır. İştirakçılarda STEAM ruhunu, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın vəhdətini öz layihələri və ideyaları ilə canlandırmağa, eyni zamanda sənaye, təhsil müəssisələri və gənc innovatorları bir ayağa gətirərək güclü öyrənmə ekosistemi formalaşdırır. 
Bildiyimiz kimi, STEAM Azərbaycan layihəsi 2019-cu ildən etibarən ölkə məktəblərində tətbiq olunmağa başlamışdı.  Başlanğıc ilində  41 məktəb və altı min şagirdi əhatə edən bu layihə hal-hazırda 300 mindən çox şagirdi və 400-dən çox məktəbi özündə birləşdirir. Ölkəmizin müxtəlif bölgələrində məktəblərlə yanaşı, STEAM mərkəzləri açılmışdır. Hazırda aktiv STEAM mərkəzlərinin sayı 21-dir.

Ümumilikdə beş il ərzində 25 mindən çox iştirakçı festivalda qeydiyyatdan keçib. Onların 5 mindən çoxu xarici əcnəbi vətəndaşlar olub. Hər il beynəlxalq miqyasımız genişlənir. 2021-ci ildən bugünə qədər 21 ölkə artıq təmsil olundu. Bugünkü festivalda meydanlarda yarışan komandalar Azərbaycan da daxil olmaqla 20 ölkəni təmsil edir. Bu il festivaıda 22 ölkə iştirak edir".

Billurə Yunus

Bənzər xəbərlər

Gündəm

0.020546913146973