Nov 16

Son 16 ildə yaşa görə pensiya alanların sayı 146 min nəfər azalıb

Bu ilin oktyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda yaşa görə pensiya alanların sayı 712,8 min nəfər olub.

Mozalan.az  rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlindən ötən 10 ay ərzində yaşa görə pensiya alanların sayı təxminən 6,6 min nəfər artıb.

Onu da qeyd edək ki, son illər Azərbaycanda yaşa görə pensiya alanların sayı sürətlə azalmaqdadır. Son 16 il ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 145,8 min nəfər və ya 17% azalıb. 2010-cu ildə ölkədə 858,6 min pensiyaçı olduğu halda, bu ilin oktyabr ayının 1-də onların sayı 712,8 min nəfərə kimi azalıb.

Son 16 ildə yaşa görə pensiya alanların sayı aşağıdakı kimi olub:

2010-cu il – 858,6 min nəfər;
2011-ci il – 831,1 min əfər;
2012-ci il – 812,8 min nəfər;
2013-cü il – 800,5 min nəfər;
2014-cü il – 791,3 min nəfər;
2015-ci il – 785,1 min nəfər;
2016-cı il – 781,2 min nəfər;
2017-ci il – 781,9 min nəfər;
2018-ci il – 778,1 min nəfər;
2019-cu il – 756,1 min nəfər;
2020-ci il – 742 min nəfər;
2021-ci il – 716,2 min nəfər;
2022-ci il – 707 min nəfər;
2023-cü il – 696,3 min nəfər;
2024-cü il – 706,2 min nəfər;
1 oktyabr 2025-ci il – 712,8 min nəfər.(Yeniavaz.com)

Bənzər xəbərlər

Gündəm

0.030164957046509