Bakının yeni metro stansiyası belə olacaq - Fotolar
Müvəqqəti adı “B-4” olan yeni metro stansiyasının dizaynı ilə bağlı fotolar yayılıb. Stansiya Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında (Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında) yerləşəcək.
Mozalan.az xəbər verir ki, stansiya 4 mərtəbəli olacaq.
Fotolarda stansiyanın yer səviyyəsindəki vestibülünü, platformanın daxili hissəsini və müxtəlif keçidləri yer alıb.
Stansiyanın çıxışları minimalist üslubda, üstünlük təşkil edən ağ fasadlar və şüşə elementlərlə məkan və işıq hissi yaradan formada dizayn edilib. Böyük giriş zəfər tağını xatırladır.
Stansiyanın 2026-cı ildə açılacağı gözlənilir.
Qeyd edək ki, B-4 stansiyasının tikintisinə 2022-ci ilin avqustunda başlanılıb. Stansiyanın ilkin olaraq 2024-cü ilin, ardınca isə 2025-ci ilin sonunda açılması planlaşdırılırdı.





















































