Oct 20

Üç tibb müəssisəsi ləğv edildi - İşçilərin aqibəti necə olacaq? RƏSMİ CAVAB

Səhiyyə Nazirliyinin Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

Bəs ləğv olunan tibb müəssisələrinin nə qədər işçisi var? Onların gələcək aqibəti necə olacaq?

Mozalan.az xəbər verir ki, “Yeni Sabah” bununla bağlı Səhiyyə Nazirliyinə sorğu verib. Qurumdan bildirilib ki, qeyd olunan məsələ hazırda Ləğvetmə Komissiyasının fəaliyyəti çərçivəsində baxılmaqdadır. pizza hut

“Müvafiq qərarlar qüvvədə olan qanunvericiliyə uyğun şəkildə qəbul ediləcək”, - Səhiyyə Nazirliyindən bildirilib. 

Bənzər xəbərlər

Gündəm

0.019115924835205