Oct 19

Həkim səhvinə görə pasiyentin sinir toxuması sıradan çıxıb? - İDDİA - VİDEO

Bakı sakini Ruslana Zaxarova stomatoloqa müraciət etdikdən sonra diş kanalının müalicəsi zamanı zərər gördüyünü iddia edib.

Mozalan.az Xəzər TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, kəskin diş ağrısı ilə müraciət etdiyi klinikada stomatoloq tərəfindən aparılan müalicə zamanı formaldehid tərkibli dərman maddəsi düzgün tətbiq olunmayıb və kanaldan kənara sızaraq sinir toxumasına ziyan vurub.

O bildirib ki, müalicədən sonra üzündə və dodağında hissiyyatsızlıq yaranıb. Həkim ona yalnız yodla aplikasiyalar, buzlu su ilə qarqara etməyi tövsiyə edib və əlavə müayinələrə ehtiyac olmadığını bildirib. Pasiyent iddia edib ki, ilkin müdaxilədən sonra yalnız 30% sağalma müşahidə olunub.

Onun sözlərinə görə, daha sonra digər klinikada təcili əməliyyat olunub və zərərli maddə orqanizmdən çıxarılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər xəbərlər

Gündəm

0.018352031707764