Oct 02

İcra hakimiyyətinin abad məhəllələrlə bağlı 1,1 milyonluq tenderi baş tutmadı

Sumqayıt şəhərində abad məhəllələrin yaradılması ilə bağlı tender ləğv edilib. 

Mozalan.az Valyuta.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin ləğv olunmasının səbəbləri barədə açıq mənbələrdə məlumat yoxdur. 

Bəlli olan odur ki, tender Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ləğv edilib. 

Bu tender üzrə satınalma predmetinin 1 166 149,16 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Bənzər xəbərlər

Gündəm

0.019186019897461