“Qərb rəngli inqilablar hazırlayır” - Lavrov planlardan xəbərdar olduqlarını deyir
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirb ki, Qərb, Belarus da daxil olmaqla, “çirkli rəngli inqilab” üsullarından istifadə etməyə və hökumət əleyhinə qüvvələrə dəstək verməyə davam edir.
“Həm ABŞ, həm də onun ardınca gedən ayrı-ayrı Avropa paytaxtlarında suveren dövlətlərin daxili işlərinə çoxsaylı müdaxilə faktlarının hazırlanmasından xəbərdarıq. Rəngli inqilabların çirkli metodlarından istifadə etməyə davam edirlər, bunlar arasında ictimai fikri manipulyasiya etmək, açıq şəkildə hökumət əleyhinə qüvvələri dəstəkləmək və onların radikallaşmasını təşviq etmək də var”, - Lavrov belaruslu həmkarı Vladimir Makey ilə görüşdən sonra deyib.
Nazir bu metodların Belarusa qarşı necə tətbiq olunduğunu hamının gördüyünü ifadə edib.
"AzPolitika.info"