Azərbaycan bu ölkədən kiloqramı 116 manata balıq alıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 20,04 min ABŞ dolları dəyərində şirin suda yaşayan dekorativ balıqlar idxal olunub.
Mozalan.az xəbər verir ki, idxal olunan balıqların ümumi həcmi 1,27 ton təşkil edib.
İdxal Rusiya, İndoneziya, İran İslam Respublikası, Şri-Lanka və Tailanddan olub.
Rusiyadan 1,41 min ABŞ dolları dəyərində, 0,03 ton dekorativ balıq idxal olunub. 1 kiloqram balığın qiyməti 47 dollar və ya 79,9 manat təşkil edib.
İndoneziyadan 0,63 ton olmaqla, 11,18 min ABŞ dolları dəyərində məhsul gətirilib. Burada 1 kiloqramın qiyməti 17,74 dollar və yaxud 30,16 manat olub.
İran İslam Respublikasından idxal olunan 0,54 ton dekorativ balığın dəyəri 4,05 min ABŞ dolları təşkil edib. 1 kiloqram balıq üçün qiymət 7,5 dollar və ya 12,75 manat hesablanıb.
Şri-Lankadan isə 0,04 ton məhsul idxal olunub. Məbləğ 1,35 min ABŞ dolları təşkil edib. 1 kiloqram balığın qiyməti 33,75 dollar və yaxud 57,38 manat olub.
Son olaraq, Tailanddan 2,05 min ABŞ dolları dəyərində, 0,03 ton balıq gətirilib. 1 kiloqramın qiyməti 68,33 dollar və yaxud 116,16 manat təşkil edib.(valyuta.az)