Jul 01

Qohum nikahlarının sayı AÇIQLANDI

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2 599 qohum nikahı qeydə alınıb.

Mozalan.az xəbər verir ki, bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Xatıraladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Bənzər xəbərlər

Gündəm

0.019617080688477