Apr 11

Bağça müdirlərinin yerdəyişməsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır.

Bu barədə Mozalan.az -a İdarədən məlumat verilib.

Bildirilib ki, müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə 3 (üç) ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər. Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 11-dən 17-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bənzər xəbərlər

Gündəm

0.018784999847412