Gəncədə yaşlı kişini avtomobil vuraraq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mozalan.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes-Benz" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1949-cu il təvəllüdlü Y.İsayevi vurub.
Piyada xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.