Mar 30

Binəqədidə evlər su altında QALDI

Bakının Binəqədi rayonu, Gülüstan qəsəbəsi, 15 ünvanındakı evlər 4 gündür ki, suyun içərisindədir.

Mozalan.az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, suyun həyətlərə, evlərə dolmasına səbəb kortəbii şəkildə çəkilmiş kanalizasiya xətlərinin axarının olmamasıdır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Sakinlər primitiv üsullarla xətlər çəkiblər. Elə buna görə də, ərazidə tullantı suları formalaşır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Qurumdan o da qeyd edilib ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN xidmət, "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidirlər.

Ətraflı süjetdə:

Binəqədidə evlər su altında QALDI

Bənzər xəbərlər

Gündəm

0.019510984420776