Mar 11

Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI

Martın 9-u Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mozalan.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin qəzaya düşməsi nəticəsində avtomobilin sürücüsü Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov vəfat edib.

Həmin şəxsin fotolarını təqdim edirik:

Tovuz rayonunda baş vermiş qəzanın təfərrüatı məlum olub.

Mozalan.az "Teleqraf"a istinadən məlumat verir ki, ölən şəxsin bir ay sonra toy məclisi olacaqmış.

Qeyd edək ki, qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov dünyasını dəyişib

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mozalan.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İ. Rüstəmov dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.027871131896973