"BBC News Azərbaycanca"nın ofisi bağlanır

"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlanır.
Mozalan.az xəbər verir ki, bu barədə BBC-nin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, şirkət Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
Xatırladaq ki, 2011-ci ildən etibarən "BBC Azərbaycanca" radio yayımlarını da dayandırıb.