Jan 03

AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

AZAL-ın Mətbuat Xidmətindən Mozalan.az-a verilən məlumata görə, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

Bənzər xəbərlər

Gündəm

0.028560876846313