Matəm günü ölkənin bütün məscidlərində faciə qurbanları anılacaqlar
"Sabah bütün məscidlərdə faciə qurbanlarının ruhuna dualar ediləcək".
Bu məlumat Mozalan.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilib.
"Sabah gün ərzində namaz saatlarında bütün məscidlərdə təyyarə qəzasında həyatını itirənlərin ruhuna dualar oxunacaq və xatirələri yad ediləcək"- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq".
Mozalan.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbir diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.