Dec 22

Qabığı da faydalı olan narıngidən gündə neçə dənə yemək olar? - Həkim tövsiyəsi

Narıngilər təkcə dadlı qış meyvələri deyil, həm də bir çox faydalı maddələrin mənbəyidir. Bununla belə, onu da ehtiyatla istehlak etmək lazımdır.

Mozalan.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru Aleksey Bereznikov xəbərdarlıq edib.

Həkim ilk növbədə, bu meyvənin faydaları barədə məlumat verib, bildirib ki, narıngilər immun sistemini gücləndirən "C" vitamini, həmçinin göz, sinir sistemi və dəri sağlamlığı üçün vacib olan "A", "B6" və "E" vitaminləri ilə zəngindir.

"Narıngilərdə olan antioksidantlar hüceyrələri zədələnmədən qoruyur və yaşlanmanı yavaşladır. Bundan əlavə, onlar həzm və ürək üçün faydalı olan lif, kalium və maqnezium tərkiblidir. Narıngilərin aşağı kalorili olması onları arıqlama pəhrizinə daxil etməyə imkan verir. Narıngilərin tərkibində iltihabı azaldan və qan dövranını yaxşılaşdıran limonene və hesperidin fitonutrientləri var", - deyə o izah edib.

Mütəxəssis bu meyvələrin qabığının da bir sıra faydalı xüsusiyyətlərə malik olduğunu vurğulayıb.

"O, sinir sisteminə sakitləşdirici təsir göstərən və əhval-ruhiyyəni yaxşılaşdıran efir yağları tərkiblidir. Narınginin qabığını çaya əlavə etmək, yaxud üz və bədən skrabı kimi ev kosmetik vasitələrinin hazırlanmasında istifadə etmək olar".

Bununla belə, o, hər bir məhsulda olduğu kimi bu meyvədə də həddi aşmamağa çağırıb.

"Yetkin insan üçün gündəlik narıngi miqdarı maksimum 4-5 ədəddir, baxmayaraq ki, bu rəqəm fərdi dözümlülükdən asılı olaraq dəyişə bilər. Meyvələrin həddindən artıq yeyilməsi mədə selikli qişasının qıcıqlanması, qarın köpü, ishal və hətta allergik reaksiyalar kimi xoşagəlməz nəticələrə səbəb ola bilər", - deyə həkim vurğulayıb.

Mütəxəssis qeyd edib ki, sitrus meyvələrinə allergiyası, mədə problemləri, xora, qastrit və ya pankreatit kimi xəstəlikləri olanlar xüsusilə ehtiyatlı olmalıdırlar, çünki narıngilər sağlamlıq vəziyyətini pisləşdirə bilər.

Bənzər xəbərlər

Gündəm

0.025974035263062