Ev heyvanları dünyasında inqilab: İtlər süni intellekt sayəsində "danışacaq"
Yaxın gələcəkdə ev heyvanları ilə ünsiyyət tamamilə yeni səviyyəyə çıxa bilər. Siçanlarla uğurlu təcrübələrdən ilhamlanan alimlər itlərin beynini süni intellektə qoşmağı planlaşdırırlar.
Mozalan.az-ın 360.ru-ya istinadla verdiyi məlumata görə, mövzu haqqında danışan neyrofizioloq Mixail Lebedev deyib ki, bu, dördayaqlı dostlarımıza sahiblərini yalnız başa düşməyə deyil, həm də onlarla danışmağa imkan verəcək.
Ekspert rusiyalıları bu cür texnologiyaların inkişafından qorxmamağa çağırıb və süni intellektin insanlara yalnız fayda verdiyini vurğulayıb.
"Neyrointerfeyslər - beynə qoşulan və müxtəlif əməliyyatları yerinə yetirən qurğular - həm insanlar, həm də heyvanlar üçün əvəzolunmaz köməkçilərə çevriləcək", - deyə o bildirib.
Onun sözlərinə görə, bu gün belə implantları olan siçanlar müxtəlif tapşırıqları yerinə yetirə bilirlər.
"Beyni elektrik cərəyanı ilə stimullaşdırıldıqda, o, məsələn, sağ və sol rıçaq arasında seçim etmək kimi öz məsələlərini həll edə bilir. İtlərə gəldikdə isə, implant onlara, məsələn, iflic halında kömək edəcək", - deyə Lebedev izah edib.
Neyrofizioloqun fikrincə, gələcəkdə texnologiyaların inkişafı ilə onların əlçatanlığı artdıqca, ev heyvanları ilə əlaqə qurmaq üçün belə cihazları istəyən hər kəs ala biləcək. O, həmçinin bildirib ki, itlərlə hətta xarici dildə də danışmaq mümkün olacaq.
"Onunla hətta fransız dilində də danışa bilərsiniz və o sizi başa düşəcək", - deyə ekspert əminliyini vurğulayıb.