Qobustanda uşaq xəstəxanası yararsız VƏZİYYƏTDƏDİR
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 9 saylı birləşmiş uşaq xəstəxanası baxımsız vəziyyətdədir.
Mozalan.az ATV kanalına istinadən xəbər verir ki, sakinlər binanın əsaslı bərpaya ehtiyacı olduğunu bildiriblər.
Vətəndaşlar tibbi müəssisənin unudulduğunu və heç bir qurumun təmirə kömək etmədiyini qeyd ediblər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər aparılır.
Bununla əlaqədar 9 saylı birləşmiş uşaq xəstəxanasının poliklinika şöbəsi Qaradağ Tibb Məntəqəsi adı ilə 32 nömrəli şəhər poliklinikasının tabeliyinə daxil edilib.
Terapiya, pediatriya və mamaqinekologiya sahələri isə hələlik 32 nömrəli poliklinika tərəfindən idarə olunur.
Qeyd edək ki, 9 saylı birləşmiş uşaq xəstəxanasında işlərin həyata keçirilməsi yaxın zamanda baş tutacaq.
Ətraflı süjetdə: