Bakı-Sumqayıt qatarında yubanmanın SƏBƏBİ bilindi
Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına Sumqayıt sahəsində qəfil at çıxıb.
Mozalan.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.
"Maşinist tərəfindən tormozlama edilsə də, məsafə az olduğu üçün toqquşma hadisəsinin qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən qatar həmin sahədə bir müddət dayanmalı olub. Nəticədə hadisə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkətində gecikmələrə səbəb olub.
Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sahibsiz buraxılan təsərrüfat heyvanları qatarların hərəkətinə ciddi təhlükə yaradır.
Xatırladaq ki, bu il ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir. Maşinist təcili tormozlama etməli olur, bu isə qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır" , - məlumatda bildirilib.
Bakı-Sumqayıt qatarında gecikmə olub.
Mozalan.az xəbər verir ki, 18:30-da Bakıdan hərəkət edən qatar Keşlə stansiyasına çatmamış dayanıb.
Eləcə də, Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarın da intervalında fasilə yaranıb.
Belə ki, 18:32-də gəlməli olan qatarın elektrik xəttində problem olduğu üçün gecikdiyi bildirilib.