ABŞ sakinləri qorxu içində: Səmada peyda olan sirli dronlar günü-gündən çoxalır
Nyu-Cersi ştatının sakinləri uzun müddətdir səmada müşahidə edilən dronlara görə narahatdırlar. Artıq ABŞ Federal Təhqiqat Bürosu bununla bağlı araşdırmalara başlayıb.
Mozalan.az-ın verdiyi məlumata görə, bu barədə "NBC News" telekanalı məlumat verib.
Yerli sakinlər bildirirlər ki, sirli dronlar noyabrın ortalarından başlayaraq hər gün peyda olur, özü də sayları günü-gündən artır.
"Bir çoxları bu dronların haradan gəldiyini və kim tərəfindən idarə olunduğunu bilmək istəyirlər", - deyə telekanalda bildirilib.
Qeyd etmək lazımdır ki, ABŞ-də dronlardan istifadə ciddi şəkildə tənzimlənir. PUA-nı idarə etmək üçün Federal Mülki Aviasiya İdarəsindən (FAA) xüsusi icazə almaq lazımdır.
Polis vəziyyəti izləməyə davam edir, FTB isə hadisənin araşdırılmasına başlayıb.