35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Yeganə Əsədova məlumat verib.
O bildirib ki, oğlunun psixi pozuntusu var:
"Nicatın 35 yaşı var, əvvəllər də əsəbi, aqressiv uşaq idi. Amma 2014-cü ildən lap pisləşdi, daha da aqressiv oldu, nitqində və yeriməsində problemlər yarandı. O gündən bu günə əlimdən gələn hər şeyi etmişəm. Tək gəlir yerim elə Nicatın pensiyasıdır. Bu pulla həm onun müalicəsini etmək, həm gündəlik xərcləri qarşılamaq, demək olar ki, mümkünsüzdür".
Yeganə Əsədova övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Mənim Nicatdan başqa bir qızım var idi. İki il əvvəl xərçəng xəstəliyinə tutuldu, altı ayın içində itirdim balamı. Tək ümid yerim Nicatdır. İnanın, borca görə işığımızı da kəsiblər. Nə dərmanlarını ala bilirəm, nə də müalicəsini edə bilirəm oğlumun. Hazırda Nicatın dərmanlarını almaq üçün 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 654-66-73.
Kapital Bank: 4169 7388 4962 1804.