Tərəvəz çipsləri barədə mifləri unutduracaq açıqlama
Bir çox insan sağlam qidalanmağa çalışaraq, adi kartof çipsləri əvəzinə tərəvəz çipsləri seçir. Lakin belə əvəzləmə gözlənilən faydanı verməyəcək.
Mozalan.az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə kanadalı diyetoloq Ebbi Şarp xəbərdarlıq edib.
Onun sözlərinə görə, tərəvəz çipslərinin qida dəyəri aldadıcıdır.
"Kalori miqdarı az olmasına baxmayaraq (porsiya başına 130-a qarşı 160), tərəvəz çipslərində klassik kartof çipsləri ilə müqayisədə daha çox karbohidrat və natrium, daha az zülal və sellüloza var. Tərəvəz çipsləri əslində, kartofdan, daha dəqiq desək, kartof nişastası və unundan hazırlanır. İspanaq və tomat pastası kimi faydalı inqrediyentlər əsasən məhsulların cəlbedici görünüşü və zəngin rəngi üçün əlavə edilir. Tərəvəz çipslərinin istehsalı üçün lazım olan mürəkkəb emal isə vəziyyəti daha da pisləşdirir. Adi çipslər isə yalnız kartof, yağ və duzdan ibarətdir", - deyə o bildirib.