Oct 25

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq tapılıb.

Mozalan.az-a Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan bildirilib ki, 16 yaşı tamam olmuş yeniyetmə tapılaraq valideynlərinə təhvil verilib.

Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək.

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mozalan.az-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib.

Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Bakıda məktəbli qız qaçırılıb.

Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində danışılıb.

Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:

"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.

Ətraflı süjetdə:

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA

Bənzər xəbərlər

Gündəm

0.02672290802002