Oct 20

Ceyran Qurbanova: "Qarabağa iki günlük səfərim zamanı buradakı gözəlliklərə heyran oldum"

"Qarabağa iki günlük səfərim zamanı buradakı gözəlliklərə heyran oldum".

"Report"un məlumatına görə, bu fikirləri Gürcüstandan olan səyyah Ceyran Qurbanova bildirib.

O qeyd edib ki, Gürcüstanda uşaqlara milli Azərbaycan rəqsləri öyrədən ansamblda müəllim kimi çalışır və ümumiyyətlə, Azərbaycanın, xüsusən də Qarabağın tarixi ilə yaxından tanışdır. "Çox istərdim ki, şagirdlərim Qarabağa gəlsinlər və bu yerlərin gözəlliyini öz gözləri ilə görsünlər" , - o bildirib.

Ağdamdan danışan C. Qurbanova Ermənistan qoşunlarının şəhərə və tarixi abidələrə qarşı törətdiyi vəhşilikləri vurğulayıb.

"Ağdam məscidində törətdikləri dəhşətli idi. Azərbaycan xalqı öz abidələrini təhqir etməyə imkan vermir və sülh arzusundadır" , - səyyah fikirlərini yekunlaşdırıb.

Bənzər xəbərlər

Gündəm

0.039201021194458