Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırılıb
 
   
   
    Nəsimi rayonu, Alı Mustafayev küçəsi, "20 Yanvar" metro stansiyası, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.
Mozalan.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, təmir səbəbilə zolaqlardan biri qismən məhdudlaşdırılıb.
Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.




















































