Dörd yaşlı İbrahimin anası: "Yalvarıram balamı ölümə tərk etməyin"
Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Mozalan.az-a onun anası Əfsanə Abbasova məlumat verib.
Bildirilib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və əməliyyatla götürülməlidir:
"Bunun üçün İbrahim əvvəlcə 6 kurs kimyaterapiya almalıdır. Onun 5-ni artıq qəbul edib. Bizə İbrahimin əməliyyatı üçün 30 min dollar lazım idi. Onun 16 min 350 dollarını toplasaq da, qalan məbləği - 13 min 650 dolları yığa bilmirik. Xalqımdan xahiş edirəm balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar".
Ailə ilə əlaqə: (055) 736-92-70.
Kapital Bank: 5239 1517 1343 5306.
Dörd yaşlı İbrahimin anası: "Yalvarıram balamı ölümə tərk etməyin"