Oct 10

Şampunlardakı gizli təhlükə: Ürəkdə aritmiya yaradır

Şampunların və plastik qabların tərkibində olan ekoloji fenollar ürək sağlamlığına zərər verə bilər.

Mozalan.az-ın 360TV-yə istinadla məlumatına görə, bu barədə ABŞ-də Sinsinnati Universitetinin alimləri tədqiqat aparıblar. Təxminən 10 min nəfərin iştirakı ilə aparılan tədqiqatın nəticələri "Environmental Health" jurnalında dərc edilib.

Ekofenollar məişətdə geniş istifadə olunan kimyəvi maddələrdir. Onlar şampunların tərkibində parabenlər şəklində mövcuddur, bununla yanaşı plastik qabların istehsalında da istifadə olunur. Geniş yayılmasına baxmayaraq, bu birləşmələr insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Tədqiqatçılar bütün iştirakçıların elektrokardioqram məlumatlarını və onların orqanizmində ekofenolların konsentrasiyasını yoxlamaq üçün sidik nümunələrini toplayıblar.

Tədqiqatın nəticələri göstərib ki, bəzi fenollar ürəyin elektrik aktivliyini dəyişdirərək potensial olaraq aritmiyaya səbəb ola bilər.

Bənzər xəbərlər

Gündəm

0.038290023803711