Qaraciyər çatışmazlığından əziyyət çəkən altıaylıq körpənin yardıma ehtiyacı var
Səkkizaylıq Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası İradə Abbasova məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:
"Zəhra bu ilin fevral ayında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında olsa da, doğumdan sonra onun qaraciyər çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Doğulan gündən müalicələrini, müayinələrini etmişik. Hazırda onun müalicəyə ehtiyacı var".
İradə Abbasova övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduqlarını deyib:
"Sizin saytın izləyicilərinin dəstəyi ilə biz Türkiyəyə yollandıq. Orada müayinələrdən keçdik. Sizin izləyicilərin dəstəyi ilə də müalicələrini davam etdirə bilirik. Hazırda müalicələr üçün bizim 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Zəhra çox balacadır, onu bu amansız xəstəliyin cənginə buraxmamağınızı sizdən xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 719-91-09.
Bank Respublika: 4244 4848 4737 7771.