Azərbaycanın amfibiya təyyarəsinin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri
Türkiyədəki meşə yanğınları ilə bağlı göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) "BE-200ÇS" amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Mozalan.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.
Azərbaycanın amfibiya təyyarəsinin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri
Azərbaycanın amfibiya təyyarəsinin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri