24 yaşlı gəncin həyatda qalması üçün yardımsevər şəxslərə ehtiyacı var: Anası yardım gözləyir
24 yaşlı Haxverdinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Gülsara Novruzova məlumat verib.
O bildirilib ki, övladı Haxverdi dekabrın 4-də avtomobil qəzası keçirib:
"Haxverdinin 24 yaşı var. Ötən ilin dekabr ayında ağır avtomobil qəzası keçirib. Xəstəxanaya gətiriləndə onun ağciyəri və qaraciyəri zədələnmişdi, beyninə isə qan sızmışdı. Beynində olan problemə görə həkimlər onu süni komada saxlamağı məsləhət gördülər. Bir ay o vəziyyətdə müalicə olundu. Oyanandan sonra isə nə məni, nə atasını tanıdı. Bir müddət nevroloji müalicə aldı. O oyanan gündən nəfəs almasında problem var idi, uzun müddətdir ki onu müalicə edirdik".
Gülsara Novruzova oğlunun təcili müalicə olunmalı olduğunu deyib.
"Haxverdinin hazırda Bakıda yerləşən özəl klinikalardan birində müalicə alır. Həkimlə onun beyninə qan sızdığını və ciyərinə qan yığıldığını deyir. İnanın onun bir gün xəstəxanada qalması üçün biz 500 manat pul ödəyirik. Artıq tamamilə tükənmişik, nə satmağa, nə borc almağa yerimiz qalmayıb. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-87-17.
Leo Bank: 4098 5844 9623 3485.