Sep 18

Sabiq deputatın şirkəti üç dəfə cərimələndi - SƏBƏB

Mebel istehsalçısı "Embawood" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə olunub.

"Qaynarinfo"nun məlumatına görə, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən üç dəfə cəzalandırılıb.

Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan "Embawood" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3 037 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Embawood" mebel firmasının sahibi sabiq deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub.

Bənzər xəbərlər

Gündəm

0.026160001754761