Sep 17

Heydər Əliyev Fondu İmişlidə yeni məktəb inşa edib

Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş İmişli rayonunun Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəb istifadəyə verilib.

"Report"un məlumatına görə, 624 şagird yerlik məktəb 3 mərtəbəli 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.

Bənzər xəbərlər

Gündəm

0.026349067687988