Evlərini, maşınlarını satıb Laləni əməliyyat etdirdilər: Müalicə üçün dəstəyə ehtiyacları var
Altı yaşlı Lalənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Aytən Hüseynova məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Lalənin artıq altı yaşı var, doğulandan son dövrlərə qədər səhhətində heç vaxt ciddi problem olmayıb. 2023-cü ilin aprel aylarında Lalənin qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həkimlər müalicənin kifayət etməyəcəyini, mütləq əməliyyat olunmalı olduğunu dedilər. 2024-cü ilin yanvar ayında isə Lalə əməliyyat olundu. Donoru əmisi oğlu idi. Əməliyyat üçün lazım olan məbləği toplamaq üçün evimizi və maşınımızı satdıq. Qalan məbləği isə sizin saytın izləyicilərinin dəstəyi ilə topladıq".
Aytən Hüseynova deyir ki, Lalənin hazırda müalicəyə ehtiyacı var:
"Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçirildi. İki aya yaxın orada qaldıq. İnanın nə qədər borc almışıq. Hazırda Lalənin müayinələri ilə bağlı biz yenidən Türkiyəyə yollanmalıyıq. Bunun üçün isə 1 500 dollara ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 676-13-87.
"Unibank": 5243 7544 4243 5317.