Sep 12

Gülayın təcili müalicəyə ehtiyacı var: Yardımsevər şəxslərin dəstəyini gözləyir

16 yaşlı Gülay Ağayevanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Pərvanə Ağayeva məlumat verib.

O, övladının anadangəlmə serebral iflicdən əziyyət çəkdiyini bildirib:

"Gülayın 16 yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. İllərdir onu müalicə edirik. Müalicələri vaxtlı-vaxtında edəndə onun səhhətində geriləmə müşahidə etmirik. Gülayın müalicəsini davam etdirmək üçün hazırda dəstəyə ehtiyacımız var. Gülayın dərmanları çox bahadır, bunu özümüz qarşılamağa imkanımız çatmır".

Pərvanə Ağayeva dörd övladına təkbaşına baxdığını deyib:

"Mənim həyat yoldaşım dörd il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Dörd övladım var. Özüm günü 10 manata soğan yığmağa gedirəm, Gülay isə 320 manat pensiya alır. Aylıq ancaq bu pulla dolanırıq. Gülayın müalicəsi ilə bağlı indi Bakıda, qaynımgildə qalırıq. Müalicələr üçün borc da aldım, o da bitdi. Hazırda müalicə üçün 1 300 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 804-96-65.

Kapital Bank: 5239 1517 7425 8175.

Bənzər xəbərlər

Gündəm

0.041862010955811