Ukraynada üç nazir və fond rəhbəri istefa verdi
Ukraynada üç nazir və fond rəhbəri istefa ərizəsi yazıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.
Belə ki, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya nazirliyinin rəhbəri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.
Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.
Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib.
Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır.
Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur.
Vitali Koval isə 2023-cü il noyabrın 21-dən Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindədir.