Sep 01

17 yaşlı qız itkin düşdü: Ailəsi oğurlandığını iddia edir

Bakıda 17 yaşlı Sevda Marat qızı Şaymuradova itkin düşüb.

Bu barədə 1news.az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Sevda evdən "Hədəf" kurslarına getmək adı ilə çıxıb və mənzil başına çatması barədə nənəsinə mesaj yazıb: "Lakin birdən-birə anasının nömrəsinə mesaj göndərib. Deyib ki, onlarla yaşamaq istəmir və evdən getmək üçün pul yığırdı".

Ailəsi yazılan mesajı psixoloq və psixiatrlara göstərib və onlar bunun uşaq tərəfindən yazılmadığını söyləyiblər: "Çox güman, uşağı oğurlayıblar və onun adından mesaj yazıblar".

Sevdanın ailəsi onun itkin düşməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Həmçinin bildirilib ki, qızın şəxsiyyət vəsiqəsində adı Sevda olsa da, hamı onu Xədicə kimi tanıyır: "Oğurlanmasında bir nəfərdən şübhələnirik. İstintaqın nəticəsini gözləyəcəyik".

"Qafqazinfo" məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun Mətbuat xidmətindən belə cavab verilib: "İtkin düşmə ilə bağlı axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür".

Bənzər xəbərlər

Gündəm

0.027785062789917