Aug 31

Zaqatalada dəhşətli qəza: Çox sayda xəsarət alanlar var

Zaqatalada iki minik avtomobili toqquşub, beş nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.021852016448975