Aug 25

Naxçıvanda 20 məktəbəqədər təhsil müəssisəsində vakant yerlər mövcuddur

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 20 məktəbəqədər təhsil müəssisəsində hazırda bir neçə yaş qrupu üzrə vakant yerlər mövcuddur.

Nazirlikdən verilən məlumata görə, valideynlər 1-2 yaş qrupu (2023-cü il təvəllüdlü) üzrə Naxçıvan şəhər 4 və 11 nömrəli Körpələr evi-uşaq bağçasını, 3-4 yaş qrupu (2021-ci il təvəllüdlü) üzrə Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarını, həmçinin 4-5 yaş qrupu (2020-ci il təvəllüdlü) üzrə isə Naxçıvan şəhər 1, 6 və 8 nömrəli uşaq bağçalarını seçərək uşaqlarını həmin qruplara yerləşdirə bilərlər.

Qeyd olunur ki, rayon təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

Məlumat üçün bildirək ki, xəbərdə yerləşdirilən posterdə bağçalarda olan boş yerlər yaşıl rənglə göstərilib.

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il boyu davam edir. Valideynlər elektron portal üzərindən ilin sonunadək övladlarını növbəyə yazdıra bilərlər.

Cari tədris ilindən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron portal vasitəsilə aparılır. 2024-2025-ci tədris ili üzrə isə 16 iyul tarixindən etibarən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib. Valideynlər www.bq.edu.az saytına daxil olaraq müəssisələrə qəbulla bağlı elektron kabinet yarada bilərlər.

Bənzər xəbərlər

Gündəm

0.027331829071045